Belarusda prezident seçkiləri başladı

Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi işə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə respublika Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Komissiya qeyd edib ki, 6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Səsvermə siyahılarına daxil edilmiş seçicilərin yarıdan çoxu iştirak etdikdə seçkilər baş tutmuş sayılır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yanvarın 21-dən 25-dək keçirilən erkən səsvermədə seçicilərin 41,81 faizi iştirak edib. Səsvermədə iştirak edən vətəndaşların yarıdan çoxu hansı namizədə səs versə, prezident seçilmiş sayılır. Kampaniyanı 44 000-dən çox yerli və 500-ə yaxın beynəlxalq müşahidəçi izləyir.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.

2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin 80,10 %-i A.Lukaşenkoya səs verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

Neft hazırda hansı qiymətə satılır?

Neft hazırda hansı qiymətə satılır?

Elşad Qarayevin vəsiyyəti - Video

Elşad Qarayevin vəsiyyəti - Video

Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

Ukraynadan Moskvaya növbəti dron hücumu – VİDEO

Ukraynadan Moskvaya növbəti dron hücumu – VİDEO

Bakının bəzi əraziləri işıqsız qalacaq – SİYAHI

Bakının bəzi əraziləri işıqsız qalacaq – SİYAHI

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi – Video

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi – Video

ChatGPT Rusiya daxilində yaranacaq beş dövlətin adını çəkib

ChatGPT Rusiya daxilində yaranacaq beş dövlətin adını çəkib

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə VƏFAT ETDİ

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə VƏFAT ETDİ

DÇ-2026: Paraqvay Almaniyanı məğlub edərək 1/8 finala yüksəldi – VİDEO

DÇ-2026: Paraqvay Almaniyanı məğlub edərək 1/8 finala yüksəldi – VİDEO

Uitkoff İranla danışıqlar üçün Qətərə GETDİ

Uitkoff İranla danışıqlar üçün Qətərə GETDİ

DÇ-2026: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırdı - VİDEO

DÇ-2026: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırdı - VİDEO

Monakoda güclü partlayış: Xəsarət alanlar var – VİDEO

Monakoda güclü partlayış: Xəsarət alanlar var – VİDEO

Maqnit qasırğası yaxınlaşır- XƏBƏRDARLIQ

Maqnit qasırğası yaxınlaşır- XƏBƏRDARLIQ

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

End of content

No more pages to load

RADİO