Rusiyada hərbi bazada silahlı insident baş verib, ölənlər var.
Bizim.Media-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Voronej yaxınlığında hərbi aerodromda baş verib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Voronejdə yaşayan 2000-ci il təvəllüdlü hərbçi Anton Mixayloviç Makarovun tapançadan açdığı atəş nəticəsində üç hərbçi ölüb.
Hadisəni törədən şəxsin axtarışları həm hərbi bölmənin ərazisində, həm də kənarda aparılır.
Bizim.Media