Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qrabağ probleminin həlli ilə üzrə işçi qrupun yaradılmasını təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə "CNN Türk" yazıb.
Bildirilib ki, məsələ iki lider arasında noyabrın 7-də baş tutan telefon danışığında müzakirə olunub.
Qeyd edilən format ATƏT-in Minsk Qrupundan kənar, alternativ platforma kimi fəaliyyət göstərəcək.
Putinin təklifi dəstəklədiyi vurğulanır.
Artıq yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı danışıqlar ikitərəfli formata keçə bilər.
Yeni işçi qrup atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək.
Bizim.Media