Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyədə hərbi obyektlərdə olub - FOTO

Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Türkiyədə səfərdə olan Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov bir sıra hərbi obyektlərdə olub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-mayor K.Seyidov Quru Qoşunlarının Aviasiya komandanlığı və hərbi hissələrdən birində olub. Nümayəndə heyətinə istifadədə olan pilotsuz uçuş aparatlarının (PUA) taktiki-texniki xüsusiyyətləri, onların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili və PUA-lar üçün nəzərdə tutulan aviabombalar barədə brifinq təqdim olunub.

Real vaxt rejimində döyüş tapşırığı yerinə yetirən PUA-ların uçuşları idarəetmə məntəqəsindən izlənilib.

Sonra nümayəndə heyəti Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr (XTQ) Komandanlığına gəlib.

XTQ-nin keçdiyi inkişaf yolu, yerinə yetirdikləri tapşırıqlar və kursantların hazırlığı prosesi barədə brifinq təqdim edilib. Xüsusi təyinatlıların peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün nəzərdə tutulmuş açıq və qapalı simulyatorlara baxış keçilib.

Müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatları üzrə şərti tapşırıqların praktiki icrası izlənilib.

Əlahiddə Ümumqoşun Ordunun komandanı İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında olub. Burada nümayəndə heyətinə komandanlığın fəaliyyəti, təhsil sistemi və tədris prosesi barədə brifinq təqdim olunub. Komandoların silahlanmasında olan müxtəlif silahlar və rabitə vasitələri, həmçinin kursantların komando hazırlığı prosesi əyani nümayiş etdirilib, müxtəlif trenajorlara və tədris siniflərinə baxış keçirilib.

General-mayor K.Seyidov orada təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb və onların hazırlıq səviyyəsi ilə maraqlanıb.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Çinin Baş prokuroru Azərbaycana GƏLİR

Çinin Baş prokuroru Azərbaycana GƏLİR

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Yol Polisindən sürücülərə MÜRACİƏT

Yol Polisindən sürücülərə MÜRACİƏT

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

"Facebook" və "Instagram"alimit qoyuldu

"Facebook" və "Instagram"alimit qoyuldu

Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Çimərliyə gedənlərin nəzərinə!

Çimərliyə gedənlərin nəzərinə!

Neft UCUZLAŞDI

Neft UCUZLAŞDI

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını AÇIQLADI

Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını AÇIQLADI

Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək? – ARAŞDIRMA

Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək? – ARAŞDIRMA

GÜNÜN HAVASI: Külək, leysan...

GÜNÜN HAVASI: Külək, leysan...

BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO

Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO

End of content

No more pages to load

RADİO