Türkiyəli müğənni Demet Akalın bu il Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi ilə duet oxuyacaq.
Bizim.Media xəbər verir ki, bu barədə beynəlxalq mahnı müsabiqəsində Samirənin saç və makiyajı üzərində çalışan məşhur stilist Anar Ağakişiyev "10-da görüşək" proqramında danışıb.
O, azərbaycanlı müğənninin Türkiyənin bir neçə meqastarı ilə iş birliyinin olacağını bildirib.
Bizim.Media