Rusiyada heyvanların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Rosselxoznadzor” rəhbərinin müşaviri Yuliya Melano bildirib.
''Rusiyanın bir sıra regionlarında baytar klinikaların bazasında ev heyvanlarının COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Vaksinasiyanı heyvanların sağlamlığının mühafizəsi üzrə Federal Mərkəzin istehsal etdiyi peyvənd preparatının göndərildiyi özəl və dövlət klinikaları həyata keçirir”, deyə Y. Melano vurğulayıb .
Qeyd edək ki, rusiyalı alimlər tərəfindən hazırlanan heyvanların koronavirus əleyhinə vaksin preparatı “Karnivak-Kov” adlanır.
Bizim.Media