Bu ölkədə “Azərbaycan Ticarət Evi” açıldı - FOTOLAR

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Azərbaycan Ticarət Evi”nin açılış mərasimi keçirilib. Bununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin Qazaxıstan bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Nur-Sultanda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, 28 May - Respublika Günü ərəfəsində keçirilən bu əlamətdar hadisə iki ölkə arasında iqtisadi, ticari münasibətlərin bundan sonra da mökəmlənməsində böyük rol oynayacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana ən çox dolları nə gətirib?


Bu Qazaxıstanda açılan ilk ticarət evidir. Qazaxıstan ərazisində bundan sonra da ticarət evlərinin açılması davam edəcək.

Onun sözlərinə görə, Ticarət evinin açılmasında həm qazaxıstanlı istehlakçılar, həm də Azərbaycan istehsalçıları maraqlıdır. Azərbaycan hökuməti tərəfinidən bu əlaqələrin qurulmasına və Qazaxıstanda yaradılan müəssisə və təşkilatların fəaliyyətinə lazımi yardım göstərilir və gələcəkdə də kömək göstəriləcək.

Səfirin sözlərinə görə, Azərbaycan investorları Qazaxıstanda bir sıra mühüm layihələrin icrasında iştirakçı qismində çıxış edirlər. Bunların sırasına fabriklərin inşası, xidmət şirkətlərinin yaradılması, neft və qaz-kondensat yataqlarının işlənməsi daxildir.

Hazırda Aktauda transformator zavodu tikilir. Bu yaxınlarda isə Azərbaycan sahibkarları tərəfindən Qazaxıstanda boya istehsalına start verilib.

Qazaxıstan Energetika nazirinin müavini Aset Maqauov “Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb.

Bildirib ki, “Azərbaycan Ticarət Evi”nin açılması iki ölkə arasında işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə də öz töhfəsini verəcəkdir.

Mərasimə onlayn qatılan “Caspian Energy Club” şirkətinin sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, “Azərbaycan Ticarət Evi”nin açılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək.
 

Daha sonra ticarət evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi çay, mürəbbə, meyvə şirələri, mineral sular, konserv məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və sair nümayiş olunur.


​​​​​​​Bundan başqa ticarət evində Azərbaycanın zəngin mətbəxini təqdim edən “Dolma”restoranı da fəaliyyət göstərir.

Qazaxıstanda açılan “Azərbaycan Ticarət Evi” ölkəmizin xaricdə yaradılmış sayca 8-ci ticarət evidir.

Qeyd edək ki, gələcəkdə sözügedən ticarət evinin Qazaxıstanın müxtəlif bölgələrində, Aktau və Almatıda filial şəbəkəsinin genişləndirilməsi sahəsində danışıqlar aparılır və tezliklə açılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pişiklərə qulluq etmək üçün 4 könüllü axtarılır

Pişiklərə qulluq etmək üçün 4 könüllü axtarılır

Rubik kubikini gözləri bağlı 11,56 saniyəyə yığdı - Dünya rekordunu yenilədi - VİDEO

Rubik kubikini gözləri bağlı 11,56 saniyəyə yığdı - Dünya rekordunu yenilədi - VİDEO

Zelenski Rusiyanın hərbi obyektlərinə endirilən zərbələri təsdiqlədi - VİDEO

Zelenski Rusiyanın hərbi obyektlərinə endirilən zərbələri təsdiqlədi - VİDEO

Rusiya ROZETKA-nın ən böyük anbarını yenidən hədəfə aldı - FOTO

Rusiya ROZETKA-nın ən böyük anbarını yenidən hədəfə aldı - FOTO

ABŞ-da ən böyük volfram yatağı aşkar edildi

ABŞ-da ən böyük volfram yatağı aşkar edildi

Hacıqabulda ağır qəza: Sürücünün həyat yoldaşı HƏLAK OLDU

Hacıqabulda ağır qəza: Sürücünün həyat yoldaşı HƏLAK OLDU

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər HƏBS EDİLDİ

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər HƏBS EDİLDİ

“AzerGold” QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirildi - FOTO

“AzerGold” QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirildi - FOTO

“İlanlı qız” psixiatriya xəstəxanasına göndərildi

“İlanlı qız” psixiatriya xəstəxanasına göndərildi

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Naxçıvan şəhərinin bu ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bu ərazilərində işıq olmayacaq

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Belqorod vilayətinə hücumlar: 3 ölü, 3 yaralı var

Belqorod vilayətinə hücumlar: 3 ölü, 3 yaralı var

Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN

Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Qara dənizdə Rusiyanın "Yanina" konteyner gəmisi batdı - VİDEO

Qara dənizdə Rusiyanın "Yanina" konteyner gəmisi batdı - VİDEO

Türkiyənin hərbi sistemi Azərbaycan Ordusunun arsenalına daxil edildi

Türkiyənin hərbi sistemi Azərbaycan Ordusunun arsenalına daxil edildi

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Şəkidə 58 yaşlı kişini “tok” öldürdü

Şəkidə 58 yaşlı kişini “tok” öldürdü

End of content

No more pages to load

RADİO