Hindistanda ayı ilə selfie çəkmək istəyən taksi sürücüsü qəzəbli heyvan tərəfindən parçalanaraq öldürülüb.xa0
Hindistanda yaşayan Prabhu Bhatara adlı adam toydan evə qayıdarkən yol kənarında bir ayı görüb. Sərnişinlər avtomobilin içində oturarkən Bhatra yaralı heyvanla fotoşəkil çəkdirmək üçün maşından düşərək onun yanına gedib.
xa0
Ayı adamı tutaraq bir anda sürükləməyə başlayıb. Bhataranın yoldaşları tərəfindən çəkilən videoda bütün hadisə saniyələrlə qeyd edilib. Hadisə zamanı dərhal meşə vəzifəliləri çağırılsa da onlar gələndə bədbəxt adamın çoxdan öldüyü məlum olub.
Kamran