“The Wall Street Journal” qəzetinin jurnalisti bildirib ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ciddi heç nə baş verməyib.
Moderator.az Lenta.ru-ya istinadla xəbər verir ki, hər şeyə səbəb pilotsuz üçüş aparatının kral sarayına həddən artıq yaxınlaşması olub.
Bu məlumatı “Reuters” də təsdiqləyib.
***
Moderator.az "Yerusalem.post" nəşrinə istinadən xəbər verir ki, bu saatlarda Səudiyyə Ərəbistanında dövlət çevrilişinə cəhd olub.xa0
Nəşrin məlumatına görə kral Salman ibn Əbdül-Əziz Əl Saud paytaxtı tərk edib.
İddialara görə, Kral sarayının ətrafında atışma gedir və çoxsaylı partlayışlar eşidilir. "Yerusalem Post" təsdiq edir ki, sosial şəbəkələrdə baş verənlər haqqında fotolar və videogörüntülər dərc edilib. Amma, hal-hazırda bu məlumatın həqiqiliyini sübut etmək mümkün deyil.
"Associated Press" öz mənbələrinə istinadən xəbər verir ki, çevrilişə ölkənin quru qoşunlarının generalı Alukas Neplis rəhbərlik edir.