"Təəssüf ki, Ermənistan rəhbərliyi dövlətin sərhədlərini heç də qorumayan, lakin “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayan Aİ missiyasını dəvət etməyi üstün tutdu”.
Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin yerli mətbuata danışıb.
Onun sözlərinə görə, Cənubi Qafqazın taleyini müstəsna olaraq region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyən etməlidir.
Bizim.Media