Ukraynada yarpaq TÖKÜMÜ - Bu nazirlər işdən çıxarıldı - SİYAHI - FOTO/VİDEO

Bu gün Ukraynada bir çox nazirlər işdən çıxarılıb. Bununla bağlı ölkənin qanunverici orqanı olan Ali Radada qızğın müzakirələr baş tutub.  

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN saytı yazıb.

Müzakirələr nəticəsində bu nazirlərin işdən çıxarılması ilə bağlı qərar verib:

Denis Malyuska


Ukrayna Ali Radası Denis Malyuskanın Ukraynanın ədliyyə naziri vəzifəsindən istefasına səs verib. 249 xalq deputatı bu qərarın lehinə səs verib. Üstəlik, Malyuska tribunaya çıxanda deputatlar onu uzun, gurultulu alqışlarla qarşılayıblar. 

Dmitri Kuleba

Xarici işlər naziri Dimitro Kuleba da istefaya göndərilib. Ukraynalı diplomat Andriy Sibiqa hökumətdə kadr dəyişikliyindən sonra Dmitri Kulebanı xarici işlər naziri kimi əvəz edəcək. 

Adının gizli qalmasını istəyən mənbə deyib ki, çərşənbə günü istefa verən Kuleba indi Ukraynanın NATO ilə əlaqələrini gücləndirməyə diqqət yetirəcək, çünki müharibədən əziyyət çəkən ölkə bloka qoşulmağa çalışır.

Hazırda Kulebanın Xarici İşlər Nazirliyində birinci müavini olan Sibiqa mahir diplomat kimi tanınır. O, bu il nazirliyə işə başlamazdan əvvəl Ukraynanın Türkiyədəki səfiri və Zelenskinin aparat rəhbərinin müavini vəzifələrində çalışıb.

Ruslan Strelets


Ukrayna Ali Radası Ruslan Streletsin Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri vəzifəsindən istefasına səs verib. Bu qərarın lehinə 244 xalq deputatı səs verib.

Olqa Stefanişina


Ukrayna Ali Radası Olqa Stefanişinanın Avropa və Avro-Atlantik inteqrasiya üzrə baş nazirin müavini vəzifəsindən azad edilməsinə səs verib. Bu qərarı 241 xalq deputatı dəstəkləyib.

Aleksandr Kamışin


Ali Rada strateji sənaye naziri Aleksandr Kamışini də vəzifəsindən azad etmək qərarına gəlib. Nazirin işdən çıxarılmasına 243 deputat səs verib.

Vitali Koval


Ukrayna Ali Radası Vitali Kovalın Ukrayna Dövlət Əmlak Fondunun sədri vəzifəsindən istefasına səs verməyib. 

İrina Vereşçuk


Eyni zamanda qanunverici orqan İrina Vereşçukun Ukrayna baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir vəzifəsindən istefasını dəstəkləməyib. 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Nazirlər Kabinetində baş verənlərə münasibət bildirib. Ukrayna liderinin sözlərinə görə, işdən çıxarılmalar dövlətin müxtəlif sahələrinin güclənməsi üçün lazımdır. 

O, bu barədə Kiyevdə İrlandiyanın baş naziri Saymon Harrislə mətbuata birgə bəyanatı zamanı danışıb.

“Mən artıq Nazirlər Kabinetinin, bir çox nazirliklərin yenidən işə salınması barədə danışmışam. Dörd il yarım (bəziləri 5 il nazir olub) Ukrayna üçün və ukraynalılar naminə işləyən nazirlərə və Nazirlər Kabinetinin bütün komandasına çox minnətdaram", - dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Volodimir Zelenski qeyd edib ki, bu gün ölkəsinə yeni enerji lazımdır. 

Eyni zamanda prezident əlavə edib ki, bu gün işdən çıxarılan nazirlərin sonra konkret nə edəcəyini hələ bilmir:

“Onlara müəyyən vəzifələr təklif olunacaq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Samir Babayev Böyük Britaniyada nüfuzlu jurnala redaktor köməkçisi təyin edildi

Samir Babayev Böyük Britaniyada nüfuzlu jurnala redaktor köməkçisi təyin edildi

Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

“Molla Nəsrəddin”in nəşrindən 120 il ötür

“Molla Nəsrəddin”in nəşrindən 120 il ötür

İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO

İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO

Bakıda zəncirvari qəza – ANBAAN VİDEO

Bakıda zəncirvari qəza – ANBAAN VİDEO

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planını İŞƏ SALDI – Overçukun mesajlarının PƏRDƏARXASI

Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planını İŞƏ SALDI – Overçukun mesajlarının PƏRDƏARXASI

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO

Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO

Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq

Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq

Bu dəfə onlar saxlanıldı - Narkotikə görə

Bu dəfə onlar saxlanıldı - Narkotikə görə

“Generalların heç birinin yaşı 60-dan aşağı deyil” – MARAQLI FAKT

“Generalların heç birinin yaşı 60-dan aşağı deyil” – MARAQLI FAKT

Qusarda oğul anasını döydü

Qusarda oğul anasını döydü

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Küçədə tapılan uşaqla bağlı XƏBƏR

Küçədə tapılan uşaqla bağlı XƏBƏR

Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda ən ucuz un Şabrandadır – QİYMƏT CƏDVƏLİ

Azərbaycanda ən ucuz un Şabrandadır – QİYMƏT CƏDVƏLİ

Bu uşağın valideynləri axtarılır

Bu uşağın valideynləri axtarılır

Gəncəyə həsr edilən sənədli film - VİDEO

Gəncəyə həsr edilən sənədli film - VİDEO

End of content

No more pages to load

RADİO