ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna ilə bağlı gizli planının olduğunu bildirib, lakin planın nədən ibarət olduğunu açıqlamaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
"Ukrayna və Rusiyanı necə dayandırmaq barədə çox dəqiq planım var. Amma bu planları sizə açıqlaya bilmərəm, çünki açıqlasam, onlardan istifadə edə bilməyəcəm. Nəticədə plan uğursuzluğa düçar olacaq", - Donald Tramp vurğulayıb.
Bizim.Media