Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammitinə dəvəti qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, dəvət Türkiyə tərəfinə təqdim olunub, ölkə başçısı onu qəbul edib.
Xatırladaq ki, BRİKS sammiti bu ilin oktyabrında Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.
Bizim.Media