ABŞ-ın Miçiqan ştatının Antrim dairəsində yerli hökumət nümayəndələri səsvermənin ilkin sayımlarının açıq şəkildə təhrif olunduğunu elan edib.
Nəticələr səhv hesab edilərək ləğv olunub.
Bizim.Media xəbər verir ki, bu barədə dairə administrasiyasının “Facebook” səhifəsində bildirilib.
Buna səbəb kimi xüsusi texnikadakı nasazlıq göstərilir. Amma insan səhvinin də olduğu istisna edilmir.
Qeyd edilir ki, Antrim ənənəvi olaraq Respublikaçı Partiyanı dəstəkləyir. 2016-cı ildə Tramp orada 62 faizlə qalib gəlib.
Bizim.Media