Yaxın Şərqdə SÜLHÜN ANONSU – İsrail-HƏMAS savaşının sonu GÖRÜNDÜ

İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasını əldə etmək ərəfəsindədirlər. Bu barədə CNN telekanalı İsraildəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, İsrail və HƏMAS çərçivə sazişi bağlamaq ərəfəsindədir.

Lakin CNN müqavilənin nə zaman bağlanacağının bəlli olmadığını bildirib.

Qeyd edək ki, artıq 9 aya yaxındır İsrail HƏMAS-a qarşı Qəzzada müharibəyə başlayıb. HƏMAS-ın keçən ilin oktyabrın 7-də İsraildə keçirilən tədbirə hücum edərək, çoxsaylı girov götürməsi Təl-Əvivi qruplaşmaya qarşı hərbi əməliyyatlara başlamağa sövq edib. 9 aylıq müharibə fonunda İsrail HƏMAS-ın demək olar ki, əsas infrastrukturunu məhv edib. Qəzza bölgəsinin əsas hissəsi isə İsrail ordusunun nəzarəti altındadır. 

Ötən müddət ərzində ABŞ və bir sıra ərəb ölkələri dəfələrlə döyüşən tərəflər arasında atəşkəsin əldə edilməsinə çalışıblar. Lakin bu günə qədər bir sıra hallarda atəşkəs elan olunsa da, müharibə davam edib. 

İsrail HƏMAS münaqişəsi artıq başa çatır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə, bu onu göstərir ki, münaqişənin daha böyük fazaya keçməsilə bağlı ABŞ-ın narahatlığı artıq rəsmi Təl-Əviv tərəfindən nəzərə alınır:

“Artıq 4-cü aydır ki, ABŞ tərəfindən İsrailə nəzərdə tutulan maliyyə paketi göndərilmir. Belədə İsrail Amerikadan silah da almır. ABŞ israrla İsraili eskalasiyanın gücləndirilməsi istiqamətində növbəti addımların atılmasından çəkindirir. Söhbət ondan gedir ki, perspektivdə İsrailin Livanda “Hizbullah”la münaqişəyə cəlb olunma ehtimalı var. 

“Hizbullah”ın münaqişəyə cəlbi isə dolayısı ilə İranın da prosesə müdaxiləsini özündə ehtiva edir. Vaşinqton da indiki geosiyasi reallıqlar şəraitində bu addımı atmaqdan çəkinir və israrla müttəfiqini də buna sövq edir. Düşünürəm ki, məhz bu amil İsrail rəhbərliyini HƏMAS-la danışıqlara getməyə vadar edib. Həmçinin HƏMAS-ı da məlum təklifləri nəzərə almaq məcburiyyətinqə qoyub”. 

Ekspertin fikrincə, burada aparılan hərbi əməliyyatlara rəğmən İsrailin HƏMAS-ın müqavimət əzmini qıra bilməməsi də öz sözünü deyib: 

“Bəzi ekspertlər HƏMAS-ın müəyyən zaman kəsiyində əvvəlki gücünü bərpa edəcəyilə bağlı mülahizələr söyləyir. Münaqişənin daha da dərinləşməsi, Aİ-yə daxil olan ayrı-ayrı dövlətlərin Fələstinin müstəqilliyini tanıması görünür artıq İsraili münaqişəni başa çatdırmaq istiqamətində bəlli addımlar atmağa məcbur edir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Nazim İsayevə yüksək VƏZİFƏ verildi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

Ağdamda FACİƏ – Fəhlə iş yerində həyatını itirdi

İraq Prezidenti namizədliyini geri götürdü

İraq Prezidenti namizədliyini geri götürdü

Bakıda daha bir ərazidə sürüşmə olub

Bakıda daha bir ərazidə sürüşmə olub

Bakı - Sumqayıt avtomobil yolu qaranlığa QƏRQ olub – Əncam çəkən yoxdur

Bakı - Sumqayıt avtomobil yolu qaranlığa QƏRQ olub – Əncam çəkən yoxdur

ABŞ İranın bu şərti ilə razılaşdı

ABŞ İranın bu şərti ilə razılaşdı

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Hikmət Hacıyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”- FOTO

Hikmət Hacıyev: “Azərbaycan sülh gündəliyinə sadiqdir”- FOTO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Ceyhun Bayramovun ailəsinə AĞIR İTKİ - FOTO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Azərbaycan Ermənistana 887 ton dizel göndərib – FOTO/VİDEO

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI – Xalası qızına köməyə gələn də ÖLDÜRÜLDÜ

Millimiz Gürcüstanla qarşılaşacaq

Millimiz Gürcüstanla qarşılaşacaq

AFFA bu oyunları təxirə saldı

AFFA bu oyunları təxirə saldı

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Rusiya və Ukrayna müharibəni müvəqqəti dayandırır

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Saunanın immuniteti gücləndirdiyi sübut edildi

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Monika Bellucciyə bənzərliyi ilə gündəm olan polkovnik-leytenant təqaüdə çıxdı - VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Salyan yolunda AĞIR QƏZA – Yaralılar var - FOTO/VİDEO

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Nikbinliyi necə öyrənək? - İNCƏ NÜANSLAR

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Yunanıstandan deportasiya edildi

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

End of content

No more pages to load

RADİO