Fransada irqçilik hallarında kəskin artım - DƏHŞƏTLİ STATİSTİKA 

Parisdə fəaliyyət göstərən İnsan hüquqları komitəsinin hesabatına görə, 2023-cü ildə Fransada irqçilik halları 32 faiz artıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın İnsan Hüquqları üzrə Milli Məşvərət Komitəsinin (CNCDH) yaydığı yeni hesabatda deyilir ki, bu ölkədə azlıqda olan bütün qruplar üçün tolerantlığın, xüsusən də yəhudi icması üçün dözümlülüyün səviyyəsi azalıb. Ən az tolerantlıq göstərilən qrup isə müsəlman icmasıdır.

Fransa Daxili İşlər Nazirliyi də 2023-cü ildə irqçilik hallarının 32 faiz artmasını təsdiq edib.

Hesabatda qeyd olunub ki, ən çox artım antisemit irqçiliyi zəminində müşahidə olunub.
CNCDH, habelə 2023-cü ildə 1 milyon insanın ən azı bir irqçi hücuma məruz qaldığını qeyd edərək, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları fonunda sığınacaq və miqrasiya ilə bağlı qütbləşən müzakirələr də daxil olmaqla, vəziyyətin gərginliyini artıran amilləri təqdim edib.
Hesabatda diqqətə çatdırılır ki, artıq fransızların yarıdan çoxu – 51 faizi Fransada özünü evindəki kimi hiss etmir. Bu göstəricidə də 2022-ci ilin yazına nisbətən səkkiz pilləlik artım var.

Bildirilib ki, fransızların 56 faizi hesab edir ki, ölkədə miqrantların sayı həddindən artıqdır.

Rəqəmlər bu ilin iyununda Avropa Parlamentinə keçirilən seçkilərdə səslərin 30 faizindən çoxunu toplayan ifrat sağçı “Milli birlik” (RN) partiyasının yüksəlişi ilə bağlı siyasi və sosial atmosferin son kontekstini əks etdirir. Ultrasağçı qüvvələrin qələbəsi Fransa Prezidenti Emmanuel Makronu mərkəzçi blokunun məğlubiyyətini etiraf etməyə, parlamenti buraxmağa və növbədənkənar seçkilər elan etməyə sövq edib.

Ultrasağçı siyasi lider Jordan Bardella partiyasının miqrasiyaya diqqət yetirəcəyini bildirib, həmçinin bu problemin dövlət maliyyəsi və sosial təminat sisteminə ağır yük olduğunu vurğulayıb. O, Fransaya miqrasiya axınının qarşısını alacağına, cinayət törətməkdə təqsirli bilinən əcnəbilərin deportasiyasını asanlaşdırmaq üçün qanun dəyişiklikləri həyata keçirəcəyinə və iqtisadi problemlərin həlli üçün tədbirlər görəcəyinə söz verib.

Fransada parlament seçkilərinin birinci turu iyunun 30-da və ikincisi isə iyulun 7-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

End of content

No more pages to load

RADİO