İsrailin NÖVBƏTİ HƏDƏFİ – Qəzzadan sonra bu ölkəyə hücum HAZIRLANIR

İsrail Qəzzanın ardınca Livana qarşı da müharibəyə hazırlaşır.

Xarici KİV-lərin məlumatına görə, bu barədə yüksək rütbəli İsrail rəsmiləri deyib. Bildirilib ki, artıq diqqəti Qəzzadan Livana keçirməyin vaxtıdır.

Rəsmilərin sözlərinə görə, İsrail ordusu müdafiədən hücuma keçməlidir.

Onların fikrincə, diplomatiya işə yaramır, “Hizbullah” qruplaşması təzyiqi hiss etməlidir: “İsrail öz qüvvələrini Livan cəbhəsində fəaliyyətə hazırlamalı və Hizbullaha qarşı müharibə üçün əməliyyat planlarını irəli sürməlidir”.

Məlumata görə, bu həftə mühüm görüşlər keçirilib və bəzi planlar artıq təsdiqlənib.

Onu da qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl “Hizbullah”a xəbərdarlıq edib. 

Görəsən, doğrudanmı, İsrail Qəzzadan sonra Livanla da müharibəyə hazırlaşır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, Livan ərazisində müharibə başlayarsa, o İsrail İran müharibəsi kimi də dəyərləndirilə bilər: 

“İsrail həm Qəzzada, həm də Livanda düşmən mövqedə olan siyasi qruplaşmalarla əhatə olunub. Ona görə də davamlı olaraq ölkənin ərazi bütövlüyü, təhlükəsizliyi təhdid olunur. Əvvəllər də İsrailin Livan və “Hizbullah”la qarşıdurmaları olub. Bu qarşıdurmalarda tərəflər mövqelərini itirməyib. Sadəcə olaraq, tərəflərə hərbi-texniki və canlı qüvvə baxımdan ziyan dəyib. 

Bundan başqa, Livanla İsrail arasında sərhədin delimitasiya və demarkasiyası yarımçıq qalıb. “Hizbullah” qruplaşması İsrailə qarşı mübarizədə HƏMAS-ı dəstəklədiyini bəyan edib. Oktyabrın 7-dən HƏMAS və “Hizbullah” İsrailə qarşı mübarizədə birgə çıxış edir. Hazırda İsrailin əsas hədəfi HƏMAS və Fələstindəki bütün digər silahlı qruplaşmaları birdəfəlik sıradan çıxarmaqdır”. 

Həmsöhbətimiz deyir ki, əslində HƏMAS VƏ “Hizbullah”a qarşı İsrailin əməliyyatları həm də İrana qarşı yönəlir: 

“Çünki Tehran hər iki qruplaşmanın arxasında dayanır. İran İsraili dünya xəritəsindən silməyi qarşıya hədəf olaraq qoyub. Bu mənada fikrimcə, Təl-Əviv “Hizbullah” məsələsini də bitirmək istəyir. İsrail “Hizbullah”ın Livan ərazisindəki mövqelərini dəfələrlə vurub. Qruplaşmanın bir sıra hərbi rəhbərlərini aradan götürüblər.

İsrail təhlükəsizliyini təmin etmək üçün həm HƏMAS, həm də “Hizbullah”la məsələni bitirməli, ya da davamlı olaraq təhlükəsizliyinin təhdid edilməsinə dözməlidir. İsrail bu kimi qruplaşmaların şərtlərini qəbul etməyi özünə sıxışdırmır.

İran da açıq şəkildə bəyan edir ki, İsrail Livana hücum etsə, kəskin cavab verəcək. Bu mənada Livan ərazisində müharibə başlayarsa, onu İsrail İran müharibəsi kimi də dəyərləndirmək olar”. 

Ekspert bildirir ki, yaxın bir-iki həftə ərzində İsrail “Hizbullah”a qarşı da əməliyyata başlayacaq:

“ABŞ hərbi rəsmilərinin bildirdiyinə görə, yaxın iki həftədə İsrail “Hizbullah”a hücum edə bilər.  Düzdür, İsrail Livan ərazisinə ordu yeritməyəcək. “Hizbullah”ın əsas hərbi və komanda məntəqlərini vurmaqla onun gücünü və belədə qruplaşmanın hərbi arsenalını zəiflədəcək”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidaları acqarına yemək olmaz

Bu qidaları acqarına yemək olmaz

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Argentina millisindən Messinin gedişinə REAKSİYA

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

Zelenski Aleksandr Kamışini vəzifəsindən AZAD ETDİ

End of content

No more pages to load

RADİO