Ermənistanda son sutka ərzində daha 2374 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 97.150-yə yüksəlib.
Koronavirusdan bir gündə 35 nəfər ölüb. Bununla da pandemiya qurbanlarının sayı 1448-ə çatıb.
Hazırda Ermənistanda 36.502 aktiv xəstə var.
Bizim.Media