Əlcəzair Prezidenti Abdelmajid Tebbun koronavirus infeksiyasına yoluxub.
Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, bununla bağlı prezident administrasiyası məlumat yayıb.
Məlumatda dövlət başçısının sağlamlıq durumu getdikcə yaxşılaşdığı qeyd edilir.
Qeyd edək ki, oktyabrın 24-də adminstrasiyanın işçiləri testdən keçərkən başda Tebbun olmaqla bir neçə əməkdaşın nəticələri müsbət çıxıb. Dərhal yoluxan şəxslər beş günlük təcrid ediliblər.
Daha sonra dövlət başçısının xəstəxanaya yerləşdirildiyi və oktyabrın 28-də həkimlərin tövsiyəsi ilə tibbi müayinədən keçmək üçün Almaniyaya getdiyi bildirilib.
Bizim.Media