Böyük Britaniyadan sensasion açıqlama: “Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacağıq”

Böyük Britaniya hökuməti Şimali Kipr Türk Respublikası ilə bağlı sensasion açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Böyük Britaniyanın “express.co.uk” saytında yer alıb.

Mənbə yazır ki, rəsmi London Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağa hazırlaşır. 

Britaniya önümüzdəki həftə Cenevrədə keçiriləcək danışıqlarda təxminən 60 ildir ki, Kipr adasını ikiyə bölən siyasi böhranı sülh yolu ilə həll etmək istəyir.

“Sunday Express” nəşrinə danışan Şimali Kipr Respublikasının Prezidenti Ersin Tatar Boris Conson hökumətini iki dövlət planını dəstəkləməyə çağırıb.

O,  Britaniyanın Aralıq dənizinin şərqində yerləşən ada üçün neytral qarant rolunu oynayacağına inanır: “Nəticədə həm kiprli yunanlara, həm də kiprli türklərə qarşı tarazlı bir münasibət yaranacaq”.

Uatholdakı mənbələr “Sunday Express”ə bildiriblər ki, britaniyalı nazirlər Şimali Kipri müstəqil dövlət kimi tanımağı düşünürlər. Bu problemin həlli Britaniyada yaşayan 300 min kiprli türkə öz ölkələrinə birbaşa uçuşlara icazə verəcək. 

Minlərlə Britaniya vətəndaşının da Şimali Kiprə gedib-gəlməyi asanlaşacaq və onlar ölkənin cənubundakı  populyar kurortlarda dincələcəklər. 1964-cü ildən bəri ada məcburən iki yerə bölünüb.

Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) rəsmi olaraq 1983-cü ildə qurulub.

O vaxtdan bəri adada federasiya üçün bir neçə dəfə cəhdlər olub. Bunlardan sonuncusu 2004-cü ildə BMT-nin keçmiş Baş Katibi Kofi Annanın vasitəçiliyi ilə kiprli yunanlar tərəfindən referendumda rədd edilib, lakin kiprli türklər tərəfindən dəstəklənib.

Xatırladaq ki, Şimali Kipr beynəlxalq cəmiyyət tərəfindən rəsmən tanınmadığı üçün iqtisadiyyat, nəqliyyat və idman kimi bir çox aparıcı sahələrdə embarqolar tətbiq olunur.

Yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı

Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı

Ruben Rubinyan: "Türkiyədə Adana kababını yeməyi sevirdim" – VİDEO

Ruben Rubinyan: "Türkiyədə Adana kababını yeməyi sevirdim" – VİDEO

Vətəndaşlar indi də belə aldadılır – XƏBƏRDARLIQ - FOTO

Vətəndaşlar indi də belə aldadılır – XƏBƏRDARLIQ - FOTO

Azərbaycanda yay fəsli oktyabra qədər uzana BİLƏR

Azərbaycanda yay fəsli oktyabra qədər uzana BİLƏR

Bakıda futbol meydançasında meyit tapıldı

Bakıda futbol meydançasında meyit tapıldı

Ceki Çan Bakıya GƏLDİ

Ceki Çan Bakıya GƏLDİ

Bakıda 18 və 20-ci mərtəbədən yıxılan gənclər öldü - FOTO

Bakıda 18 və 20-ci mərtəbədən yıxılan gənclər öldü - FOTO

Ağdərədə mina partladı - 2 nəfər xəsarət aldı

Ağdərədə mina partladı - 2 nəfər xəsarət aldı

Namidə İsayeva yeni vəzifəyə TƏYİN EDİLDİ

Namidə İsayeva yeni vəzifəyə TƏYİN EDİLDİ

Azərbaycanlı tələbədən rekord uğur: 13 ölkə, 32 universitet və 9 təqaüd – FOTO

Azərbaycanlı tələbədən rekord uğur: 13 ölkə, 32 universitet və 9 təqaüd – FOTO

150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR

150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR

Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib

Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib

İran “Mossad casusları”nı edam etdi

İran “Mossad casusları”nı edam etdi

Almaniya kanslerinin gələcək taleyi sual altına düşüb

Almaniya kanslerinin gələcək taleyi sual altına düşüb

Anar Elçin HAQDA: Əziz dostumu hər gün, hər saat xatırlayıram

Anar Elçin HAQDA: Əziz dostumu hər gün, hər saat xatırlayıram

Korsika Assambleyası Fransanın siyasi gündəminin alətinə çevrilməməlidir – BƏYANAT

Korsika Assambleyası Fransanın siyasi gündəminin alətinə çevrilməməlidir – BƏYANAT

Tələbə qızı dəm qazından boğulmuşdu- 3 il sonra qəzada öldü

Tələbə qızı dəm qazından boğulmuşdu- 3 il sonra qəzada öldü

İbrahim Tatlısəs evində mənəvi qızı üçün elçilik mərasimi təşkil edib— FOTOLAR

İbrahim Tatlısəs evində mənəvi qızı üçün elçilik mərasimi təşkil edib— FOTOLAR

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı oldu

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı oldu

Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanıldı –VİDEO

Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanıldı –VİDEO

ABŞ İrana qarşı neft blokadasını aradan qaldıracaq? - Hələ yekun razılaşma yoxdur

ABŞ İrana qarşı neft blokadasını aradan qaldıracaq? - Hələ yekun razılaşma yoxdur

Avqustda pul cəlb edəcək bürclər

Avqustda pul cəlb edəcək bürclər

İndoneziyada sərnişin bərəsi yandı: 5 nəfər ölüb, 41 nəfər itkin düşüb – VİDEO

İndoneziyada sərnişin bərəsi yandı: 5 nəfər ölüb, 41 nəfər itkin düşüb – VİDEO

Paşinyan sabiq səfirə yeni vəzifə verdi - FOTO/VİDEO

Paşinyan sabiq səfirə yeni vəzifə verdi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO