Rusiya göyü minalamaq istəyir - Böyük Planın DETALLARI - VİDEO

Rusiyalı hərbi ekspertlər Türkiyə istehsalı olan “Bayraktar TB2” dronlarının ötən il Qarabağ müharibəsində və bu il Suriyada döyüşlər zamanı Rusiyanın hava hücumundan müdafiə sistemlərini məhv etməsindən çox narahatdırlar”. 

Bizim.Media-nın məlumatına görə, ABŞ-ın “Forbes” jurnalında dərc olunan “Rusiya dron hücumlarına qarşı “uçan minalı sahə” qurmağı planlaşdırır” başlıqlı yazıda belə deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə "Akıncı"sı Rusiya PUA-sını darmadağın etdi - VİDEO


Yazının müəllifi çağdaş müdafiə texnologiyaları üzrə ixtisaslaşmış jurnalist Devid Hamblinqdir. O, “Süvari qoşunlar: kiçik dronlar dünyanı necə fəth edəcək? Ümumilikdə qabaqcıl hərbi texnologiya və xüsusən adsız sistemlər əsasında” adlı kitabı ilə də məşhurdur.

Devid Hamblinq “Forbes”də dərc olunan yazısında bildirir ki, Qarabağda və Suriyada döyüşlər zamanı zərbə dronlarının hava hücumundan müdafiə sistemlərini məhv etməsindən çox narahat olan Rusiya dron hücumlarının qarşısını almaq üçün göyü minalamaq planı üzərində işləyir.

Yazıda vurğulanır ki, bu məqsədlə Rusiyanın pilotsuz uçuş aparatları istehsal edən “ZALA AERO GROUP” şirkəti hava sahəsini minalaya biləcək pilotsuz uçuş aparatları buraxmağa hazırlaşır. Şirkət öz istehsalı olan “Lancet” zərbə dronunu fərqli funksiyada modernləşdirib göydə zərbə dronlarını zərərsizləşdirən müdafiə dronuna, “hava minası”na çevirmək istəyir.

Plana görə, “Lancet” müdafiə dronları dost qoşunların başı üzərində havada keşik çəkməli, özünü düşmənin pilotsuz uçuş aparatlarına çırpıb onları dronlardan qorumalıdır.

Yazıda deyilir ki, “ZALA AERO GROUP” özünün yeni “Lancet” dronlarının saatlarla havada keşik çəkərək göydə minalanmış sahə yaradacağını iddia edir. Devid Hamblinq qeyd edir ki, hazırda “Lancet” dronu havada yalnız 40 dəqiqə fasiləsiz qala bilir, bundan sonra enerjisi tükənir, ona görə dron əlavə 40 dəqiqəlik uçuş üçün yerə endirilməli, təkrar enerji ilə təchiz olunmalıdır: “Amma “ZALA AERO GROUP” şirkəti yeni “Lancet” dronlarını ABŞ Hərbi Hava Qüvvələrinin etdiyi kimi növbə ilə havaya buraxa da bilər.

Növbəli şəkildə göyə buraxanda, hər “orbit” üçün bir neçə dron nəzərdə tutanda sutka boyu havada pilotsuz uçuş aparatlarının olmasını təmin etmək mümkündür.

Bundan başqa şirkət “Lancet” dronunu havada daha uzun müddət qala bilməsi üçün təkmilləşdirə də bilər. Bu yaxınlarda “ZALA AERO GROUP” istehsal etdiyi kiçik nəzarət dronunun yeni modelini təqdim edib. Həmin modeldən olan dronlar yeni hibrid mühərriki sayəsində havada on iki saatdan çox qala bilir. Günəş enerjisi ilə çalışan və havada bir neçə gün qala bilən dronlar üzərində iş aparan istehsalçılar da var. Ona görə göyü dronlarla həmişəlik minalamaq məsələsi heç də qeyri-mümkün bir iş deyil”.

Yazıda deyilir ki, “ZALA AERO GROUP” şirkəti uçan minaları nə vaxt işə salacağını açıqlamayıb:

“ABŞ hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi kiçik ölçülü pilotsuz uçuş aparatlarından – qabaqlayıcı dronlardan artıq istifadə edir. Amma məsələyə “səmanı minalamaq” prizmasından baxmaq fərqli bir yanaşmadır, bu, daima havada kiçik müdafiə vasitələrinin uçuşması, dronların göydə həmişəlik keşik çəkməsi deməkdir.

Bu həm də dronların dronlara qarşı kütləvi mübarizəsinin başlanması deməkdir. Özünüz təsəvvür edin: dron qatarı (çox güman ki, miniatür qırıcıların müşayiəti ilə) göydə rəqibin dronlardan ibarət müdafiə xəttini yarıb keçmək istəyir…” (naviqator.az)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kinoteatrda "Hörümçək adam"a görə dava düşdü - VİDEO

Kinoteatrda "Hörümçək adam"a görə dava düşdü - VİDEO

“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTO

Pentaqon rəhbəri: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır

Pentaqon rəhbəri: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır

Ötən ay neçə hektar ərazi minalardan təmizlənib?

Ötən ay neçə hektar ərazi minalardan təmizlənib?

Baykal gölündə turistləri daşıyan kater aşdı – VİDEO

Baykal gölündə turistləri daşıyan kater aşdı – VİDEO

“Sabah”ın potensial rəqibi bəlli oldu

“Sabah”ın potensial rəqibi bəlli oldu

Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

Zelenski Rüstəm Umerova yeni VƏZİFƏ VERDİ - VİDEO

Zelenski Rüstəm Umerova yeni VƏZİFƏ VERDİ - VİDEO

PUA Gelencikdə çimərliyə düşdü: Ölənlər var – ANBAAN VİDEO

PUA Gelencikdə çimərliyə düşdü: Ölənlər var – ANBAAN VİDEO

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN

8 gün iş OLMAYACAQ —TƏQVİM

8 gün iş OLMAYACAQTƏQVİM

Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

Övladla görüşə maneə yaradan valideyni nə gözləyir? – Hüquqi izah

Övladla görüşə maneə yaradan valideyni nə gözləyir? – Hüquqi izah

Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı

Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı

“Adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan”- Video

“Adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan”- Video

Hövsanın bəzi hissəsində su kəsiləcək

Hövsanın bəzi hissəsində su kəsiləcək

Yeni il tətili 11 gün olacaq

Yeni il tətili 11 gün olacaq

Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO

Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO

Madonna özündən 37 yaş kiçik sevgilisi ilə yenidən GÜNDƏMDƏ

Madonna özündən 37 yaş kiçik sevgilisi ilə yenidən GÜNDƏMDƏ

Bakının bu rayonunda qaz KƏSİLDİ

Bakının bu rayonunda qaz KƏSİLDİ

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

Türkiyədə 2500 illik heykəl aşkarlandı – FOTO

Türkiyədə 2500 illik heykəl aşkarlandı – FOTO

ABŞ-nin Avropadakı nüvə planı: Təhlükəsizlik, yoxsa geosiyasi oyun?

ABŞ-nin Avropadakı nüvə planı: Təhlükəsizlik, yoxsa geosiyasi oyun?

End of content

No more pages to load

RADİO