Kraliça II Yelizavetanın sevgililəri – Onlar haqda az bilirlər – FOTOLAR

Bu gün aprelin 21-də Britaniya kraliçası II Yelizavetanın 95 yaşı tamam olur. Kraliçanın yubileyi əri, Şahzadə Filipin ölümü ilə kölgədə qalıb. Kraliçanın həyat yoldaşının vəfatı dünyaya yayıldıqdan sonra pərəstişkarları onun sevgililəri ilə münasibətlərini ətraflı araşdırmağa başlayıblar.

Ən çox müzakirə olunan Filipin xəyanəti, fırtınalı gəncliyi və sarayın məhdudiyyətlərindən azad olmaq istəyidir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “starhit.ru” saytı yayıb.

Mənbə yazır ki, nədənsə hamı II Yelizavetanın şəxsi həyatı ilə bağlı qalmaqalları unudub. Əslində, kraliça dəfələrlə digər kişilərlə münasibətdə olub. Hökmdarın oğullarından birini Filipdən dünyaya gətirmədiyi barədə şayiələr yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

II Yelizaveta doğum günü ilə bağlı planlarını dəyişdi - FOTO


Beləliklə, bir əsrdir bütün dünyanın diqqətində olan bu qadının ürəyində kimin üçün yer ayrıldığını anlamağın vaxtı gəlib.

Mövzu ilə bağlı jurnalist Olqa Pervuşkina kiçik araşdırma aparıb.

Həmin yazını diqqətinizə çatdırırıq:

“II Yelizavetanın evliliyinə dair hər hansı bir məqaləni açsanız, orada Şahzadə Filipin kraliçanın ilk və yeganə “yarı” olduğunu oxuyacaqsınız. Çox romantik səslənir. Onları tanıyanların sözlərinə görə, belə bir ideal mənzərə tamamilə doğru deyil.

Yaxın rəfiqəsi Alateya Fitzalan Howard iddia edir ki, 30-cu illərin sonunda kraliça hersoq Hyu Fitzroya aşiq olub. Zadəgan əsilli hersoq kral ailəsinin bir hissəsi hesab edilib. Bir sözlə, taxt-tac varisi üçün əla bir seçim olub.
 

Gəncin gələcək dövlət başçısına qarşı da hissləri olub, lakin buna təşəbbüs göstərməyib. “Onunla Hyu və digər oğlanları müzakirə etdik. Yataq otağının səmimi atmosferində hər zamankindən daha sərbəst danışdıq. O, çox təmkinli idi və ürəyini rəfiqəsinə açmağı qərara almışdı”. Alateya gündəliyində belə yazıb.


Nəticədə, II Yelizaveta ilə Hyu Fitzroy arasındakı münasibət heç vaxt ciddi bir şeyə çevrilməyib. 40-cı illərdə şahzadənin diqqəti Filipə yönəlib və Hyu isə qızların qəlbini qırmağa davam edib. Toydan sonra kraliça, nəhayət ilk “sevgi hissini” unudub.

Bir zamanlar bütün Böyük Britaniyada Kraliçanın Henri Herbertlə dostluğu barədə də söz-söhbət gəzib. Yelizaveta uşaqlıqdan, sözün əsl mənasında Lord Porchesterin yanında böyüüb.

Taxta çıxanda da, həmişə “Korlanan” adlandırdığı dostu ilə görüşməyə vaxt tapıb.

Dostların ortaq marağı olub: atlar. II Yelizaveta at sürmək ehtirasını heç vaxt gizlətməyib. Bir dəfə, hətta damazlıq atlarla məşğul olmaq istədiyini etiraf edib, lakin dövlət vəzifələri onun bu işə diqqət ayırmasına imkan verməyib.

Lord Porchester Şahzadə Filipdən fərqli olaraq, gənc xanımın ehtirasını yaxşı bilib. 1969-cu ildə o, Kraliçanın at yarışlarında meneceri vəzifəsinə gətirilib. Müdiri ilə birbaşa əlaqə qurmaq üçün onun ayrı bir telefon xətti olub. İkisi birlikdə ippodroma gedib və eyni zamanda tez-tez at gəzintisinə çıxıblar.

Bir vaxtlar Şahzadə Endrunun atasının Filip deyil, başqa birisi olduğuna dair dedi-qodu yayılıb.
"Tac" serialının yaradıcıları II Yelizaveta ilə Henri Herbert arasındakı romana da eyham vurublar. 

Bununla birlikdə, Bukingem Sarayının hasarının arxasında baş verənləri sanki bilən tarixçi Keyt Villiams ölkənin birinci ailəsinin şərəfini aşağılayan məlumatlardan qəzəblənib.

“Düşünürəm ki, Kraliça və Lord Porchester çox yaxın dost olublar, aralarında başqa heç nə olmayıb. Bəlkə də o vaxtlarda kişi ilə qadın arasındakı dostluq qəribə bir şey kimi görünüb.

Ancaq aralarında ata olan maraqdan başqa bir şey yox idi”, deyib Villiams.

Bu mövzuda adı çəkilən başqa bir şəxs isə Patrik Plunketdir. O, bütün ömrü boyu kral ailəsinə xidmət edib və sonunda heç vaxt şəxsi xoşbəxtlik tapmayıb.
 

Plunket valideynlərini erkən itirib. 15 yaşında olarkən atası və anası təyyarə qəzasında ölüb. Əmisi gəncin və iki qardaşının tərbiyəsi ilə məşğul olub. Ailəyə yeniyetmənin atası ilə yaxın dost olan o zamanki Kral VI Georg də kömək edib.


Gənc oğlan Eton kollecini bitirdikdən sonra Bukingem Sarayında işə düzəlüb. Patrik şəxsi köməkçi və daha sonra baş atçı olub. VI Georgun ölümündən sonra Plunket sarayda xidmətinə davam edib və hər gün II Yelizavetay köməklik göstərib.

Patrikin dostları və qohumları iddia edirlər ki, kraliça ilə onun arasında xüsusi bir əlaqə olub.

“O, tez bir zamanda Patrikə etibar etddiyini anlayıb. Gənc oğlan mükəmməl yaddaşa və heyrətləndirici bir qabiliyyətə sahib olub”. Plunketin kiçik qardaşı Şon "II Yelizaveta: Kraliçanın gerçək hekayəsi" adlı kitabında belə yazıb.

Xüsusilə onlar 1956-cı ildə Şahzadə Filipin bir neçə ay kral turuna çıxdığı zaman yaxınlıq ediblər. Sonra II Yelizavetanın ərinin bir məşuqəsi olduğu və evə qayıtmaq istəmədiyi barədə bir şayiə yayılıb. Qadın baş verənlərdən çox üzülüb və çətin anlarda yanında Plunket olub.

Bəzi bioqraflar iddia edirlər ki, Patrikin dəstəyi aldadılmış kraliçanın ürəyinin fəth edilməsində üstünlük qazanıb. Plunketi, hətta Şahzadə Endrunun iddia edilən atası hesab ediblər. Çünki onlar bir-birinə çox oxşayıblar.

“Onun aristokrat bir görünüşü var idi. Kraliça onu çox sevirdi. Cəsarətlə deyə bilərəm ki, ona qarşı son dərəcə dərin hissləri olub”, deyə tarixçi Çarlz Hiam bildirib.

Əlbəttə ki, medianın və sarayın salnaməçilərinin əsl sübutu yoxdur. Ancaq kraliçanın Patrikə pərəstiş etməsi mübahisəsiz bir həqiqətdir. Bunu II Yelizavetanın onun ölümünü nə qədər çətin keçirdiyi də təsdiqləyir. Plunket 1975-ci ildə qaraciyər xərçəngindən vəfat edib.
 

Monarx sarayda dostunun cənazəsini təşkil etməyi tapşırıb. Buna qədər heç bir işçi ilə bağlı belə göstəriş verilməyib. Ayrıca, II Yelizavetanın özü “Times” qəzetinə köməkçisinin sədaqəti haqda bir nekroloq yazıb. Plunketin yerini kim alacağı soruşulduqda birmənalı şəkildə cavab verib: "Heç kim onu əvəz edə bilməz”.


Əlbəttə, II Yelizaveta həyat yolunda həm sadiq dostlarla, həm də dərin rəğbət bəslədiyi kişilərlə qarşılaşıb. Ancaq kraliça kim olduğunu heç vaxt unutmayıb. Buna görə monarxın nüfuzu bu qədər qüsursuz sayılır və sevgi intriqalarının pərəstişkarları yalnız çoxsaylı fərziyyələri müzakirə edirlər”.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kinoteatrda "Hörümçək adam"a görə dava düşdü - VİDEO

Kinoteatrda "Hörümçək adam"a görə dava düşdü - VİDEO

“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTO

Pentaqon rəhbəri: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır

Pentaqon rəhbəri: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır

Ötən ay neçə hektar ərazi minalardan təmizlənib?

Ötən ay neçə hektar ərazi minalardan təmizlənib?

Baykal gölündə turistləri daşıyan kater aşdı – VİDEO

Baykal gölündə turistləri daşıyan kater aşdı – VİDEO

“Sabah”ın potensial rəqibi bəlli oldu

“Sabah”ın potensial rəqibi bəlli oldu

Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

Müxalifətçi Boris Nadejdin Rusiyanı tərk etdiyini açıqladı - VİDEO

Zelenski Rüstəm Umerova yeni VƏZİFƏ VERDİ - VİDEO

Zelenski Rüstəm Umerova yeni VƏZİFƏ VERDİ - VİDEO

PUA Gelencikdə çimərliyə düşdü: Ölənlər var – ANBAAN VİDEO

PUA Gelencikdə çimərliyə düşdü: Ölənlər var – ANBAAN VİDEO

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN

8 gün iş OLMAYACAQ —TƏQVİM

8 gün iş OLMAYACAQTƏQVİM

Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

Övladla görüşə maneə yaradan valideyni nə gözləyir? – Hüquqi izah

Övladla görüşə maneə yaradan valideyni nə gözləyir? – Hüquqi izah

Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı

Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı

“Adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan”- Video

“Adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan”- Video

Hövsanın bəzi hissəsində su kəsiləcək

Hövsanın bəzi hissəsində su kəsiləcək

Yeni il tətili 11 gün olacaq

Yeni il tətili 11 gün olacaq

Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO

Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO

Madonna özündən 37 yaş kiçik sevgilisi ilə yenidən GÜNDƏMDƏ

Madonna özündən 37 yaş kiçik sevgilisi ilə yenidən GÜNDƏMDƏ

Bakının bu rayonunda qaz KƏSİLDİ

Bakının bu rayonunda qaz KƏSİLDİ

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

Türkiyədə 2500 illik heykəl aşkarlandı – FOTO

Türkiyədə 2500 illik heykəl aşkarlandı – FOTO

ABŞ-nin Avropadakı nüvə planı: Təhlükəsizlik, yoxsa geosiyasi oyun?

ABŞ-nin Avropadakı nüvə planı: Təhlükəsizlik, yoxsa geosiyasi oyun?

End of content

No more pages to load

RADİO