Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Brüsseldə keçirilən NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.
Tərəflərin müzakirə mövzuları barədə məlumat verilmir.
Bizim.Media