“Telegram” messencerinin işində genişmiqyaslı nasazlıq yaranıb.
Bizim.Media xəbər verir ki, “Downradar” xidmətinin məlumatına görə, istifadəçilər şəkillər və videoların yüklənməsi ilə bağlı problemlərdən şikayətləniblər.
Şikayətlərin əksəriyyəti Moskva, Sankt-Peterburq, Kiyev və Minskdə qeydə alınıb.
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) messencerin fəaliyyətindəki problemi təsdiqləyib və bildirib ki, nasazlıq bütün dünya istifadəçilərə də təsir edib.
Bizim.Media