Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yaxın zamanda İrəvana səfər edəcək.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, rəsmi səfərin təfərrüatları Ermənistan-Qazaxıstan hökumətlərarası komissiyasının bu gün İrəvanda keçirilən iclasında müzakirə edilib.
Tokayev həmçinin yaxın günlərdə keçiriləcək ikitərəfli biznes forumda iştirak edəcək.
Bizim.Media