Bu gün Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri və tərəfləri maraqlandıran mövzulara dair fikir mübadiləsi aparılıb.
Tərəflər Ukrayna müharibəsi və Koreya yarımadasındakı son vəziyyəti də müzakirə ediblər.
Bizim.Media