Qazaxıstanın Almatı vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zəlzələnin episentri Qazaxıstan ərazisində, Almatı şəhərindən 108 km şərqdə yerləşib. İtki və dağıntılar barədə hələlik məlumat yoxdur.
Bizim.Media