İsrail ordusunun mətbuat xidmətinin rəhbəri Daniel Hagari Dəməşqdə İran konsulluğuna edilən raket hücumunu şərh etməyib.
Bizim.Media xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin rəhbəri ordunun Qəzza zolağında son hərəkətləri ilə bağlı növbəti brifinq keçirib və həmin zaman jurnalist ona Dəməşqdəki hücumla bağlı sual ünvanlayıb.
O, Dəməşqə zərbə endirilməsi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələrinin komandirinin ölümü ilə bağlı açıqlama verməyib.
Hagari bildirib ki, o, xarici media nəşrlərində yer alan xəbərlərə münasibət bildirmək niyyətində deyil.
Bizim.Media