Seçkidən sonra Ərdoğandan ilk açıqlama: "Əsas qalib demokratiyamızdır"

"Seçkini demokratiyamıza yaraşan yetkinliklə başa vurduq. Seçkilər demokratiyanın ən kritik nöqtəsidir. Bəzi təcrid olunmuş hadisələri nəzərə almasaq, seçki abı-havasına kölgə salacaq, təəssüf doğuran hadisələr baş vermədi. Millət sözünü, siyasətçiyə mesajını, təqdir və etirazını sandıqda ifadə edər. Bütün bunların ölkəmizdə yaşanması özü-özlüyündə böyük bir qazancdır. 31 mart bizim üçün bir dönüm nöqtəsidir. Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır. Seçkiləri qazanan, hər kəsdən əvvəl millətimiz oldu".

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələri ilə bağlı açıqlamasında ifadə edib.

Rəhbərlik etdiyi ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mərkəzi qərargahından vətəndaşlara səslənən Prezident Ərdoğan azad iradəsini ifadə edən, seçkilərdə fəaliyyət göstərən hər bir vətəndaşa təşəkkürünü ifadə edib.

Seçkinin ölkəsi üçün xeyirlərə vəsilə olmasını diləyən Prezident Ərdoğan bu səsvermənin 22 illik siyasi fəaliyyəti dövründə qazanaraq gəldiyi 18-ci seçki olduğunu xatırladıb.

Prezident seçkilərindən sonra Cumhur İttifaqı olaraq bu seçkidən istənilən nəticəni əldə edə bilmədiklərini ifadə edən Ərdoğan təşviqat kampaniyası çərçivəsində son iki ay ərzində ölkəsinin 52 fərqli vilayətini ziyarət etdiyini deyib.

Xalqına inamını ifadə edərək bundan sonra da yola birgə davam edəcəklərini deyən Türkiyə Prezidenti millətin iradəsində üstün heç bir gücü tanımadığını, indiyə qədər millətin qərarı əsasında hərəkət etdiklərini bildirib. O, hökumət olaraq indiyə qədər etdikləri kimi, millətin səsi ilə seçilən bütün yerli idarəçilərə öz şəhərlərinin rifahı naminə işlərində dəstəkləməyə davam ediləcəklərini deyib.

Prezident Ərdoğan qarşıdan gələn dörd il ərzində səhvlərin düzəldilməsi, çatışmazlıqların yerinə qoyulması başda olmaqla ölkənin rifahı və təhlükəsizliyi istiqamətində fəaliyyətlərinə davam edəcəklərini bildirib.

Türkiyə Prezidentinin çıxışı zamanı AK Partinin mərkəzi qərargahı ətrafına toplanan izdiham ölkə başçısına dəstək şüarları səsləndirib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə meşə yanğınları: 15 ölü var

Bu ölkədə meşə yanğınları: 15 ölü var

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Almaniya Kanslerindən Danimarka və Qrenlandiyaya DƏSTƏK

Almaniya Kanslerindən Danimarka və Qrenlandiyaya DƏSTƏK

İran rejiminin kimyəvi maddələrdən istifadə etdiyi təsdiqləndi - VİDEO

İran rejiminin kimyəvi maddələrdən istifadə etdiyi təsdiqləndi - VİDEO

Türkiyəli tennisçidən tarixi NAİLİYYƏT

Türkiyəli tennisçidən tarixi NAİLİYYƏT

Moldova "Avroviziya 2026" iştirakçısını və mahnısını açıqladı - VİDEO

Moldova "Avroviziya 2026" iştirakçısını və mahnısını açıqladı - VİDEO

İranda "Google"a giriş bərpa edildi

İranda "Google"a giriş bərpa edildi

Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

Maşın bazarında son qiymətlər - VİDEO

Maşın bazarında son qiymətlər - VİDEO

Əncir qurusunun FAYDALARI

Əncir qurusunun FAYDALARI

Şuşa yenidən ağ örpəyə büründü - FOTO

Şuşa yenidən ağ örpəyə büründü - FOTO

Arıqlama dərmanı içən Şəbnəmin səhhəti pisləşdi - VİDEO

Arıqlama dərmanı içən Şəbnəmin səhhəti pisləşdi - VİDEO

"Fənərbağça" qol duelindən qalib ayrıldı

"Fənərbağça" qol duelindən qalib ayrıldı

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Sabirabadda uçan körpü yenidən tikiləcək

Sabirabadda uçan körpü yenidən tikiləcək

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Dönərxanada baş verən yanğın söndürüldü

Dönərxanada baş verən yanğın söndürüldü

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

End of content

No more pages to load

RADİO