Bu gün Türkiyədə keçiriləcək yerli özünüidarə orqanlarına (bələdiyyə) seçkilərlə əlaqədar ölkə ərazisində bir sıra qadağalar tətbiq olunacaq.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, saat 06:00-dan 00:00-dək ölkənin hər yerində səbəbindən asılı olmayaraq spirtli içkilərin satışı və istifadəsi qadağan edilib.
Gün ərzində internet-kafe, çay evləri kimi əsasən kişilərin sıx toplandığı yerlər fəaliyyət göstərməyəcək, əyləncə müəssisələrində isə sadəcə yemək veriləcək.
Həmçinin ölkənin bütün media qurumlarına da müəyyən qadağalar tətbiq ediləcək. Belə ki, saat 18.00-dək seçki və onun nəticələri ilə bağlı hansısa xəbər və şərh verilməsi qadağan edilib. Media saat 18.00-dan 21.00-dək yalnız Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) seçki ilə bağlı verəcəyi xəbər və bildirişləri yayımlaya biləcək.
Bizim.Media