“Türkiyədə Bayraktar pilotsuz uçuş aparatları 42 yaşlı aerokosmik mühəndis Səlcuq Bayraktarı xalq qəhrəmanına çevirərək ölkəni dünya səhnəsinə çıxarıb və bəlkə də onun növbəti lideri olaraq seçib”.
Bizim.Media xəbər verir ki, bu barədə Wall Street Journal nəşri yazıb.
"Sorğu məlumatları göstərir ki, o, ölkənin ən məşhur ictimai xadimlərindən biridir", - deyə materialda deyilir.
Qeyd edək ki, Bayraktarın özü “aktiv siyasətlə” məşğul olmadığını desə də, prezidentliyə namizəd ola biləcəyini də istisna etməyib.
Bizm.Media