ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə münasibətlərindən danışıb.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Donald Tramp “Fox News” kanalına müsahibəsində deyib.
“Prezident Putinlə çox yaxşı yola gedirdim, onu bəyənirdim, o da məni bəyənirdi. Bu, pis bir şey deyil”,- deyə Donald Tramp bildirib.
Şimali Koreya Prezidenti Kim Çen Inla da münasibətləri şərh edərkən isə o belə deyib:
“Mənim prezidentliyimdən əvvəl Şimali Koreya ilə münasibətlər pis idi, müharibə ola bilərdi. Lakin savaş olmadı, bu, yaxşıdır”.
Bizim.Media