Əfsanəvi müğənni Maykl Ceksonun ABŞ-ın Kaliforniya ştatındakı "Neverland" adlı malikanəsindəki heykəllər hərraca çıxarılıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.
Məlumata görə, 28 ədəd heykəli kolleksionerlərdən biri 2 milyon 500 min dollara (təxminən 4 milyon 250 min manat) satışa çıxarıb.
Bildirilir ki, kolleksioner ciddi bir alıcı gözləyir.
Bizim.Media


