Fransanın Monpelye şəhərində naməlum şəxs atəş açaraq hadisə yerindən qaçıb.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “France3” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin Beaux-Arts səmtində baş verib.
Şahidlərin ifadəsinə əsasən, naməlum şəxs kişini arxadan vurub və avtomobilə minərək aradan çıxıb.
Zərərçəkən- 30 yaşlı kişi isə xəstəxanaya yerləşdirilib. Polis silahlının axtarışlarına başlayıb.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron daxili işlər naziri Jerald Darmenenin müşaiyəti ilə adıçəkilən şəhərdə səfərdədir.
Bizim.Media