Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Məlikqulu Berdiməhəmmədov 89 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “centralasia.media” saytı yayıb.
Nəşr Türkmənistan prezidentinin atasının ölüm səbəblərini göstərmir.
Məlikqulu Berdiməhəmmədoviç Berdiməhəmmədovun 12 avqust 1932-ci ildə dünyaya gəldiyi, daxili işlər orqanlarının istefada olan polkovnik-leytenantı olduğu məlumdur.
Ölkədə hərbi obyektlər də daxil olmaqla bir sıra obyektlər onun şərəfinə adlandırılıb.
Bizim.Media
