Parisin şərqində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “France-Presse” agentliyi yerli yanğınsöndürmə idarəsinə istinadən yayıb.
Mənbə yazır ki, hadisə Saint-Patu kommunasının yaxınlığındakı tarlada baş verib.
Agentliyin mənbəsinin verdiyi informasiyaya görə, təyyarə təlim uçuşunda olub. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Bizim.Media