Kabil Universitetinə silahlı basqın olub. Hücum nəticəsində azı 20 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə 1TV xəbər yayıb.
Belə ki, universitetdə Əfqanıstan və İrandan olan nümayəndələrin kitab sərgisinin açılışını etdiyi vaxt partlayış baş verib. Partlayışın ardınca isə silahlı basqın olub.
“Taliban” hadisə ilə bağlı məsuliyyəti öz üzərindən atıb.
Bizim.Media