Rusiyanın Hərbi Dəniz Donanmasına məxsus hərbi gəmilər Türkiyənin Çanaqqala boğazından keçərək Qara dənizə daxil olublar.
Bizim.Media “Haberturk”ə istinadla xəbər verir ki, 031 nömrəli “Aleksandr Ortakoski” və 027 nömrəli “Kondopoga” gəmiləri Aralıq dənizindən bir-birinin ardınca Çanaqqala boğazından keçiblər.
Daha sonra Mərmərə dənizinə doğru istiqamətləniblər. Oradan isə Qara dənizə daxil olublar.
Rusiya gəmilərini Türkiyənin Sahil Mühafizə Xidmətinin gəmisi müşaiyət edib.
Bizim.Media