Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Belçikanın Avropa İttifaqı Şurasındakı nümayəndəliyi öz “X” hesabında paylaşıb.
Məlumata görə, sanksiyalar fevralın 24-ü qüvvəyə minəcək: “Sanksiyalar paketi Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-nə qədər formal olaraq təsdiq ediləcək”.
Bildirilir ki, məhdudiyyətlər Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyata görə tətbiq edilib.
Yeni sanksiyalar paketinə 200-ə yaxın şirkət və fiziki şəxslər daxil edilib.
Bizim.Media