Səhər saatlarında Rusiyaya məxsus daha bir Su-34 təyyarəsi vurulub.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk deyib.
Onun sözlərinə görə, ekipaj həlak olub:
"Rusiyanın digər Su-35 təyyarəsi isə Ukrayna hava hücumundan müdafiə sistemlərinin atəşindən xilas ola bilib".
Qeyd edək ki, bu, son bir həftə ərzində Rusiyanın vurulan yeddinci təyyarəsidir.
Bizim.Media