Husilərin “Ənsar Allah” hərəkatı Ədən körfəzində İsrailə məxsus gəmiyə raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyan məlumat yayıb.
“Yəmən Hərbi Dəniz Qüvvələri bir sıra gəmi əleyhinə raketlərdən istifadə etməklə Ədən körfəzində İsrailin “MSC Silver” gəmisinə qarşı əməliyyat keçirib”, - deyə Səriyan qeyd edib.
Bizim.Media