Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə ölkə Prezidenti Vladimir Putinin adı verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.
“Nəzərə alsaq ki, Vladimir Vladimiroviç Rusiyanı dirçəldib, Konstitusiyanın, Vətənin əzəmətinin və müstəqilliyinin qarantı oldu, bizim üçün bu qurumun adını daşıya biləcək daha layiqli adam yox idi. Odur ki, mən rəsmi şəkildə bəyan edirəm ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti zəmanəmizin ən müdrik, uzaqgörən və istedadlı liderinin - Vladimir Putinin adını daşıyacaq”, - Kadırov bildirib.
Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti Qudermesdə yerləşir. Universitet atəş, xüsusi taktika, hava-desant, dağ hazırlığı, həmçinin cangüdənlər və hərbi jurnalistlər üçün təlimlər kimi sahələri əhatə edir.
Bizim.Media