İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində zərbələr nəticəsində onlarla terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Bizim.Media bu barədə İsrail Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.
Mənbə yazır ki, fevralın 15-dən başlayan xüsusi təyinatlıların əməliyyatı davam edir.
"Xan Yunisdə, Qəzza zolağının mərkəzi və şimal hissələrində əməliyyatlar davam etdirilir. Son 24 saat ərzində 20-yə yaxın terrorçu zərərsizləşdirilib, çoxlu sayda silah-sursat ələ keçirilib”, - məlumatda deyilir.
Bizim.Media