“Facebook”x9dda qeydiyyatdan keçmiş ilk 20 şəxs...

İlk qeydiyyatdan keçənlərin bəziləri bəlkə də nə vaxtsa, "Facebook”x9dun bu dərəcədə şəbəkənin populyarlaşacağını düşünməmişdilər. Lakin həmin şəxslər hazırda "Facebook”x9dda ilk qeydiyyatdan keçənlər olaraq texnologiya tarixinə düşüblər.

Moderator.az bizplus-a istinadən ilk qeydiyyatdan keçən həmin 20 nəfərin siyahısını sizə təqdim edir:

Mark Zukerberqxa0

Zukerberq Facebookun yaradıcısıdır. Hazırda da "Facebook”x9dda fəaliyyət göstərir.

Kris Hyuz

Hyuz Facebookun həmtəsisçilərindən biri və Markın otaq yoldaşı olub. Hazırda Hyuz dünyanı dəyişdirmək üçün sosial mediadan istifadə etməyə çalışan Jumo start-up-ın banisidir.

Dastin Moskovits

Dastin Harvarddakı tələbəlik illərində Zukerberqin otaq yoldaşı olub. O, hazırda "Asana”x9dnın həmtəsisçisidir və texnoloji start-up-ların maliyyələşdirilməsi ilə məşğuldur.

Arie Hasit

Hasit hal-hazırda İsraildə yaşayır və yerli dini qruplardan birinin mənəvi lideridir.

Endryu Makkolam

Endryu da Harvardı bitirmiş və Markla birlikdə "Əməliyyat sistemləri”x9d dərslərinə girib. Zukerberq Makollamdan "Facebook”x9dun ilk loqotipini hazırlamağı xahiş edib.

Kolin Kelli

Kelli son üç ili vəkil kimi fəaliyyət göstərib.

Mark Kaqanoviç

Kaqonoviç Zukerberqlə birlikdə riyaziyyat dərslərinə girirdi. 2013-cü ildə Kaqanoviç Stenford Universitetinin doktorluq dərəcəsini alıb. Hazırda Mark SolveBio şirkətinin təsisçisi və icraçı direktorudur.

Andrey Boros

Andrey hazırda Londonda yaşayır və "Capeview Capital”x9d şirkətində işləyir.

Manuel Antonio Aqilar

Manuelin otaq yoldaşı Mark Kaqanoviç Mark Zukerberqlə riyaziyyat dərslərinə girirdi, o da Manuelin "Facebook”x9da qoşulmasında vasitəçilik edib. Hal-hazırda Manuel iki start-up-ın banisidir. Eyni zamanda o, "Cassa”x9d tikinti şirkətinin prezidentidir.

Zak Berku

"Facebook”x9d haqqında ilk dəfə AEPİ-dəki keçid vasitəsilə öyrənib. Harvardı bitirdikdən sonra Zak bir il İsraildə yaşayıb. Hazırda Zak Nyu-Yorkda rentgen şöbəsində işləyir.

Samur Layne

Samur Zukerberqin otaq yoldaşı idi. O, idmançı idi. Samur və Mark bəzən bütün gecəni PlayStation oynamaqla keçirirdilər. Layne 2012-ci il Londonda Olimpiya oyunlarında iştirak edib. Hal-hazırda o, kitab yazır və Haitida uşaq evlərinin tikilməsinə kömək edir.

Sara Qudin

Sara Facebooka qoşulmuş ilk qız idi. Sara da Harvardda təhsil almış, Markın otaq yoldaşı, Samur Layne ila dostluq edib. Hazırda Sara Kaliforniya İncəsənət Kollecində fəaliyyət göstərir.

Kang-Xing Jin

Jin də Harvardda təhsil alıb və Zukerberqlə ən azı iki eyni dərsə girirdi. O cümlədən, Jin Facebookun hazırlanmasında Marka kömək edib. Jin "Facebook”x9da universiteti bitirdikdən sonra, 2006-cı ildə qoşulub. Hazırda Jin "Facebook”x9dda texniki direktordur.

Kolin Cekson

Cekson Facebook haqda ilk dəfə şəxsi qrupu AEPİ-dən xəbər tutmuşdur. Zukerberq özü də bu qrupun üzvü idi. Cekson Rokfeller Universitetində elmi işçi olmuşdur. Hal-hazırda isə "Tufts”x9dda tibbi öyənir.

Devid Cekus

Cekus da 2006-cı ildə Harvard Universitetini bitirib. Bundan sonra o, Nyu-Yorka köçmüş və "Aquiline Advisors”x9dda analitik kimi işə başlayıb.

Devid Hammer

Devid Harvardın keçmiş tələbələrindən idi və Facebookun digər istifadəçiləri, o cümlədən, Zukerberqlə tanış idi. Harvardı bitirdikdən sonra Devid "Google”x9dda işə başlayıb. Eyni zamanda o, "Emissary.io”x9d şirkətinin əsasını qoyub.

Alana V.Devis

Devis də həmçinin, Zukerberqlə Harvarddan tanış idi, odur ki, o da Eboni kimi ilk istifadəçilərdəndir. Hal-hazırda Alana "Google”x9dda işləyir.

Eboni Hazl

Eboni 2002-2006-cı illərdə Harvardda təhsil alıb. O, Mark Zukerberqlə elə həmin vaxtlarda dostluq edirdi. Buna görə də Eboni şəbəkədə qeydiyyatdan keçmiş ilk insanlardandır. Hazırda Eboni "Gibson Dunn & Crutcher”x9din əməkdaşıdır.

Eduardo Saverin

Saverin Zukerberqin varlı dostu idi. O, ilk vaxtlar Zukerberqə şirkətini maliyyələşdirməkdə kömək edirdi. Eyni zamanda Eduardo "Facebook”x9dun reklamı ilə məşğul olurdu. "Facebook”x9dda həmtəsisçi statusunun saxlanılması ilə bağlı məhkəmə işini udduqdan sonra Saverin start-up-ların maliyyələşdirilməsinə başlayıb.

Co Qrin

Qrin əvvəldən "facebook”x9dla bağlı olub. O, Zukerberqə "Facebook”x9dun ilkin forması olan "Face Mash”x9d-in hazırlanmasında kömək edib. Lakin sonralar "Face Mash”x9d Co və Zukerberq üçün problemə çevrilib. Buna görə də Conun atası oğlunun Zukerberqlə işləməsinin əleyhinə idi. Buna baxmayaraq, Co Mark hazırda bütün dünyada məşhur olan şəbəkəni istifadəyə buraxdıqda onun yanında olan azsaylı insanlardan biri idi. Hazırda Co "FWD.us”x9d-ın həmtəsisçisidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO