Gürcüstan hakimiyyəti Rusiya Federasiyası ilə münasibətlərin normallaşdırılması istiqamətində kursunu davam etdirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın baş nazirliyinə namizəd İrakli Kobaxidzenin parlamentə göndərilmiş hökumət proqramında qeyd edilib.
“Ölkənin Avropaya inteqrasiyası ilə paralel olaraq, yeni hökumətin əsas vəzifəsi Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası və ölkənin suverenliyinin möhkəmləndirilməsidir”, - deyə proqramda qeyd edilib.
Sənəddə deyilir ki, yeni hakimiyyət Gürcüstan-Rusiya münaqişəsinin sülh yolu ilə həlli siyasətini davam etdirəcək.
Bizim.Media