“Bir həftə və ya bir ay ərzində Nyu-Yorka daxil olandan daha çox insan Meksika ərazisindən ABŞ-ın cənubuna sərhədi bir gündə keçir. Bunun baş verməməsi üçün Amerika prezidenti Cozef Bayden diqqətini indiki dövr üçün aktual olan ölkənin daxili problemlərinə yönəltməli, Rusiya lideri Vladimir Putinlə geosiyasi oyunlar oynamamalıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Texas ştatının qubernatoru Qreq Ebbot bildirib.
Qubernator qeyd edib ki, əgər ABŞ rəhbəri, ilk növbədə öz dövlətinin maraqlarından çıxış edən Rusiya prezidenti Vladimir Putindən nümunə götürsəydi, ölkədə belə bir vəziyyətə yol verilməzdi.
Bizim.Media