Azərşəhr və Əcəbşirdəki daşqınlar nəticəsində həlak olan 42 nəfərdən 8 nəfərinin meyiti hələ də tapılmayıb.
Bu barədə Təbriz valisinin (ostandari) Abadlaşdırma üzrə müavini Məhəmməd Sadiq Purmehdi məlumat yayıb. Onun sözlərinə görə, 8 nəfərin meyitinin tapılması ilə bağlı axtarışlar indiyə qədər nəticəsiz qalıb.
Purmehdi axtarışların davam etdirildiyini və aidiyyəti qurumların ciddi fəaliyyət göstərdiyini bildirib.(Axar.az)