İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Natanz Atom Elektrik Stansiyasında (AES) baş verən qəzaya görə İsraili günahlandırıb.
Bizim.Media ''IRNA''ya istinadla xəbər verir ki, Cavad Zərif İranın nüvə sahəsində irəliləyiş əldə edərək İsrailə cavab verəcəyini söyləyib:
“İsrail siyasətçiləri və hərbçiləri açıq şəkildə bildirirlər ki, onlar nüvə danışıqları ilə bağlı irəliləməyə və ədalətsiz sanksiyaların ləğvinə imkan verməyəcəklər. Bu gün onlar öz məqsədlərinə çatdıqlarını düşünürlər”.
Bizim.Media