Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Türkiyəyə səfər edib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə İstanbulda Huber köşkündə görüşüb.
Görüşdə regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparılır.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası da baş tutacaq.
Bizim.Media