ABŞ Dövlət katibi Entoni Blinkenin təyyarəsində İsveçrədə texniki problem yaranıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Baş katibin ABŞ-a qayıtmalı olduğu "Boinq 737" təyyarəsində oksigen sızması aşkarlanıb və problemi aradan qaldırmaq mümkün olmayıb.
Bu səbəbdən Blinken İsveçrəni planlaşdırılan vaxtdan gec tərk edib. O, digər təyyarə ilə ölkəsinə qayıdıb.
Bizim.Media